Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar çimərlik voleybolu üzrə turnir keçirilib. Su İdmanı Sarayının təşkilatçılığı ilə Olimpiya sistemi üzrə keçirilən yarışda 17 kişi, 6 qadın komandası qüvvəsini sınayıb.
Xanımların mübarizəsində "İl Azero" çempion tituluna yiyələnib. "UNEC" ikinci, "TİsA" üçüncü yerə layiq görülüb.
Kişi voleybolçuların yarışında "Taleh AT" qalib olub. Gümüş və bürünc medallara "Neftçi" və "Neftçi-2" komandaları layiq görülüblər.