Yığmamız İtaliyaya qalib gəldi

Yığmamız İtaliyaya qalib gəldi


Otüstü hokkey üzrə Azərbaycanın kişilərdən ibarət yığması Romada təlim-məşq toplanışlarında 3 oyun keçirib. Bütün görüşlərdə komandamızın rəqibi İtaliya yığması olub. 



İlk oyunda 4:2 hesabı ilə qalib gələn Azərbaycan yığması, 2-ci görüşə uduzub - 2:3. Yekun görüş heç-heçə (2:2) başa çatıb.
Qeyd edək ki, hər iki komanda avqustun 5-11-də Vyanada keçiriləcək Avropa çempionatının "Championship-2” divizionunda çıxış etməyə hazırlaşırlar.


olimpnews.az