Bu gün Moskvada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və "World Chess" şirkətinin birgə təşkilatçılığı ilə "Grand Prix 2019" seriyasının birinci mərhələsi start götürür.
Bu ildən başlayaraq yeni formatda keçirilən seriya turnirində Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Birinci turda Ş.Məmmədyarov polşalı Radoslav Voytaşek, T.Rəcəbov amerikalı Hikaru Nakamura ilə mübarizə aparır.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Grand Prix 2019" seriyasının birinci mərhələsinin reytinq favoritidir. Şahmatçımız 2017-ci ildə keçirilən sonuncu "Grand Prix" seriyasının qalibi olub.
Digər təmsilçimiz Teymur Rəcəbov isə ötən seriyanı üçüncü pillədə başa vurub.