Millinin yeni kapitanı müəyyənləşdi

Millinin yeni kapitanı müəyyənləşdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni kapitanı müəyyənləşib.
Qızıl Avropa Liqası yarışlarında çıxış edəcək millimizin kapitanı Ayşən Əbdüləzimova olacaq.
Yığmamızın baş məşqçisi Covanni Kaprara Odina Əliyevanı yığmaya dəvət etmədiyi üçün kapitan sarğısı A.Əbdüləzimovaya veriləcək.
Qeyd edək ki, Qızıl Avropa Liqası mayın 26-dan iyunun 15-dək davam edəcək. A.Əbdüləzimova son mövsümü Macarıstanın "Vaşaş” komandasına keçirib