ABŞ yığmasının voleybolçusu Aleksandra Klinemanın "İqtisadçı”ya keçidi alınmayıb. 24 yaşlı oyunçu ilə danışıqlar müsbət yekunlaşsa da, o, son anda müqaviləyə imza atmaqdan imtina edib.
İtaliyanın "Villa Kortese” klubundan ayrılan Klineman yenidən A seriyasında qalmağı üstün tutub. O, ölkə çempionu "Konegliano” ilə 1 illik müqavilə imzalayıb. Maraqlıdır ki, bundan əvvəl "İqtisadçı” ABŞ millisinin toppaylayıcısı Karli Lloydu transfer etmək istəsə də, o, məhz A seriyasının qalibi ilə anlaşmışdı.
Qeyd edək ki, Çempionlar Liqasında oynayacaq "tələbələr” hələ baş məşqçisini də seçməyiblər.