Xorvatlar Akdəniz oyunlarında

Xorvatlar Akdəniz oyunlarında


Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Xorvatiya Akdəniz oyunlarında qrup mərhələsinin görüşlərini keçirib. Xorvatlar keçirdikləri 2 görüşdən birində qələbə qazanıblar.
Onlar birinci görüşdə Fransa millisi ilə qarşılaşıblar. Birinci hissə fransızların qələbəsi ilə yekunlaşıb. İkinci və üçüncü hissələrdə isə Xorvatiya yığması qələbəni bayram edib. Dördüncü hissədə Fransa millisi qələbə qazanaraq tay-brekdə qüvvəsini sınamaq imkanı qazanıb. Tay-brekdə isə sevinən tərəf xorvatiya millisi olub. İkinci görüşdə Xorvatiya yığması İtaliya millisi ilə üz-üzə gəlib. Lakin onlar italiyalılarla bacara bilməyiblər - 0:3 (15:25, 21:25, 19:25). Nəticədə indi 2 xal toplayaraq, qrup ikincisi olan rəqibimizin yarımfinala çıxması Fransa - İtaliya matçından asılıdır. Əgər apenninlilər məğlub olsalar, xorvatlar 5-ci yer uğrunda oynamaq məcburiyyətində qalacaqlar.