Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən "Altibox Norway Chess 2019”un blits turnirində dördüncü yeri tutub.
Təmsilçimiz 9 turun yekununa görə 5 xal toplayıb. Turnirin qalibi 7,5 xalla fransalı Maksim Vaşe-Laqrav olub.
Qeyd edək ki, Ş.Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenə məğlub olub.