Qrupdakı rəqiblər müəyyənləşib

Qrupdakı rəqiblər müəyyənləşib


İyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarının badminton yarışında Azərbaycan təmsilçisi Ezmi Qovimuramadhoninin kişilərin şəxsi yarışında rəqibləri müəyyənləşib.
Yarışda G qrupunda mübarizə aparacaq Ezminin rəqibləri Rusiya idmançısı Vladimir Malkov, Lüksemburq təmsilçisi Robert Mann və rumıniyalı Kollinz Valentin Filimondur. Minsk-2019-da badminton yarışları iyunun 24-dən 30-dək baş tutacaq.
Kişilərin mübarizəsində şəxsi hesabda 32 idmançı mübarizə aparacaq.