Bu gün Binəqədi rayonunun ərazisində yerləşən meşə massivində Səmti Müəyyənetmə İdman Fedrasiyasının təşkilatcılığı ilə açıq təlim-məşq toplantısı keçiilib. Bu barədə olimpnews.az-a Azərbaycan Səmti Müəyyənetmə İdman Fedrasiyasından məlumat verilib. Məlumatda iyunun 28-də Səmti Müəyyənetmə İdmanı Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində seminar keçirilməsi xəbər verilib. Seminar "Səmti müəyyən etmə idmanı üzrə keçirilən yarışlarda hakimlər kollegiyasının işinin təşkili, nəzarət məntəqələrinin qoyulması və elektron qeydiyyat sistemlərinin tətbiqi” mövzusuna həsr olunub. Tədbirdə Moldova Səmti Müəyyən Etmə Federasiyasınin nümayəndəsi Tatyana Bakulina da iştirak edib. Tədbirin keçirilməsində məqsəd respublikamızda adıçəkilən idman növü üzrə kadr və mütəxəssislərin hazırlanmasıdır. Seminar başa çatdıqdan sonra iştirakçılar üçün Binəqədi rayonunun ərazisində meşə massivində açıq təlim-məşq toplanışı təşkil olunub. Moldovyalı mütəxəssisin iştirak edəcəyi məşqlərdə elektron avadanlıqlardan da istifadə edilib. Xatırladaq ki, səmti müəyyənetmə idmanı respublikamızda inkişaf etməkdə olan idman növlərindən biridir. Qeyd edək ki, ötən illər ərzində federasiyanın təşkilatçılığı ilə respublikamızda bir sıra beynəlxalq yarışlar təşkil olunub. Belə ki, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günü ilə bağlı beynəlxalq "Prezident kuboku" və Xaçmaz şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan açıq Azərbaycan çempionatı təşkil edilib. Yarışlarda 200-ə yaxın idmançı mübarizə aparıb. Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının (IOF) üzvü olan Azərbaycan Səmti Müəyyənetmə İdmanı Federasiyasına 12 müxtəlif təşkilat daxildir.
Sonda bildirək ki, sentyabr ayında Ukraynanın Ujqorod şəhərində səmti müəyyənetmə idmanı üzrə ilk ümumittifaq yarışlarınn SSRİ-də keçirilməsinin əlli illiyi qeyd olunacaq. Həmin tədbirdə idmaçılarımız da iştirak edəcəklər.
Esmira