Minskdə keçiriləcək Avropa Oyunlarında bir çox ölkələr ən güclü idmançıları ilə təmsil olunacaqlar. Bunu iyunun 13-də Rusiya Olimpiya Komitəsinin (ROK) başçısı Stanislav Pozdnyakov bəyan edib.
II Avropa Oyunları iyunun 21-30-da keçiriləcək. Oyunlarda dünyanın təqribən 50 ölkəsindən dörd mindən çox idmançı 200 dəst medal uğrunda mübarizə aparacaq.
S.Pozdnyakov deyib: "Həmişə olduğu kimi, ev sahibi komanda yarışlara yetərincə ciddi hazırlaşıb. Onların öz zallarından istifadə etmək imkanı var. Ən əsası isə onlarda azarkeşlər baxımından üstünlük var. Müasir idmanda əhəmiyyətsiz heç nə yoxdur. Azarkeşlərin dəstəyi böyük rol oynayır. Bir çox ölkələr, o cümlədən Macarıstan, Almaniya, Fransa güclü idmançılarla təmsil olunacaqlar. Mübarizə sərt olacaq”.
Xatırladaq ki, Rusiya yığması 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunlarında 164 mükafatla (79 qızıl, 40 gümüş, 45 bürünc) medal hesabında birinci yeri tutub.