Milli Qurtuluş Günü münasibətilə keçirilən şahmat üzrə muxtar respublika turniri başa çatıb.
Naxçıvan Şahmat Mərkəzində təşkil edilən turnirdə zəka sahibləri qalib adı uğrunda İsveçrə sistemi üzrə yarışıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi turnirdə 82 zəka sahibi mübarizə aparıb.
Turnirin yekun nəticəsinə əsasən 7,5 xal toplayan Zahid Allahverdiyev qalib adını qazanıb. Digər zəka sahibi Seyid Hüseynin də 7,5 xal toplamasına baxmayaraq, əmsal fərqinə görə o, ikinci olub. Sadiq Qarayev isə 7 xalla turniri üçüncü pillədə başa vurub.
Qaliblərlə yanaşı, turnirdə öz yaş qruplarında fərqlənən şahmatçılar da mükafatlandırılıblar.