Uşaq və yeniyetmələr şahmatçılarla görüşüblər

Uşaq və yeniyetmələr şahmatçılarla görüşüblər


Bakıda fəaliyyət göstərən Dünya Məktəbinin idman kompleksində uşaq və yeniyetmələrlə şahmat ictimaiyyətinin tanınmış nümayəndələri arasında növbəti görüş təşkil olunub.
Tədbirdə iştirak edən şahmatçılar məktəbin şagirdləri ilə eyni anda 50 lövhədə seans keçiriblər. Dörd ildir keçirilən və artıq ənənəyə çevrilən seans oyunları bu dəfə də maraqlı idman mübarizəsi ilə yadda qalıb. Seansda beynəlxalq qrossmeyster Sərxan Quliyev, beynəlxalq usta Kamal Ağasiyev, FİDE ustası Elşad Rzayev, idman ustalığına namizəd Nurlan Rzayev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının sədri, Əməkdar jurnalist Eldar İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Abdulov və Şəki Şahmat Məktəbinin direktoru çalışmış Bəhram Çələbi iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərin şahmata marağının artırılmasıdır.