Minsk-2019-da Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşdi

Minsk-2019-da Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşdi


Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarının adı açıqlanıb. Azərbaycan Milli Olimpiya Komitəsindən verilən məlumata görə, komandamızın bayraqdarı Olimpiya Oyunlarının mükafatçısı cüdoçu Rüstəm Orucov olacaq. Xatırladaq ki, İkinci Avropa Oyunları iyunun 21-30-da Minskdə keçiriləcək.