İyunun 21-də Belarusun paytaxtı Minskdə start götürən ikinci Avropa Oyunlarının birinci günündə kamandan oxatma yarışları da başlayıb.
7 növ üzrə təsnifat mərhələlərinin keçiriləcəyi yarışda Azərbaycan bir idmançı ilə təmsil olunur. Ozay Qasımova qadınların klassik kamandan oxatma yarışında otuzikidəbir finala vəsiqə uğrunda reytinq qarşılaşmasında gücünü sınayacaq.