İyunun 22-də Minskdə Avropa Olimpiya Komitələrinin fövqəladə Baş Assambleyası keçirilib. Azərbaycani assambleyada Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Avropa Olimpiya Komitələrinin icraiyyə komitəsinin üzvü Çingiz Hüseynzadə təmsil edib.
İclasda müzakirə olunan əsas məsələ 3-cü Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi olub. Baş Assambleya Polşanın Krakov şəhəri tərəfindən təqdim olunan ev sahibliyi ərizəsini müzakirə etdikdən sonra 3-cü Avropa Oyunları 2023-cü ildə Krakov şəhərində keçirilməsi qərarını təsdiqləyib.