Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoedən avarçəkənlər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. Kanoeçimiz Aleksey Kupin yeniyetmələrin mübarizəsində 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. İdmançımız finişə 4 dəqiqə 1,778 saniyəyə çatıb. Ukraynalı Pavlo Altuxov 3 dəqiqə 57,274 saniyə nəticə ilə qızıl, macarıstanlı Kristof Xat isə 3 dəqiqə 58,302 saniyə göstərici ilə gümüş medala sahib olublar.
Qeyd edək ki, A.Kupin Avropa çempionatında 500 metr məsafəyə yürüşdə də finala çıxmışdı.
olimpnews.az