Atıcılarımız Dünya kubokunda iştirak edəcəklər

Atıcılarımız Dünya kubokunda iştirak edəcəklər

İspaniyanın Qranada şəhərində güllə və stend atıcılığı üzrə Dünya kuboku yarışları keçiriləcək. İyulun 5-dən 11-dək təşkil edilən yarışda stend atıcılığının skit növündə Azərbaycanı Olimpiya çempionu Zemfira Meftəhətdinova, trap yarışlarında isə Elvin İsmayılov təmsil edəcəklər.
Güllə atıcılığı yarışlarında isə pnevmatik tapançadan atəşaçma və tələsik atəşaçma növündə Ruslan Lunov birincilik uğrunda mübarizə aparacaq.



olimpnews.az