Sabah Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası başlayacaq.
FİDE prezidenti Arkadiy Dvorkoviç Prezident Şurasında iştirak etmək üçün bu gün Bakıya gələcək. İki gün davam edəcək iclasın gündəliyində bir sıra vacib məsələlər müzakirə ediləcək.
Prezident Şurasında həmçinin federasiyaların üzvlük haqqlarının azaldılması məsələsinə baxılacaq. FİDE Prezident Şurasının sonunda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.
Qeyd edək ki, FİDE Prezident Şurasının iclası Bakının "Hilton" otelində keçiriləcək. İclas iyunun 28-i səhər saat 9:00-da başlayacaq.