Gənclər Olimpiadasında 3 minə yaxın idmançı mübarizə aparacaq

Gənclər Olimpiadasında 3 minə yaxın idmançı mübarizə aparacaq

İyulun 5-dən 7-dək Latviyanın Yelqava şəhərində VIII Latviya Gənclər Olimpiadası keçiriləcək.
İdman yarışında ölkənin bütün şəhər və qəsəbələrini təmsil edən 3000-ə yaxın idmançı iştirak edəcək. Onlar 29 idman növü üzrə mübarizə aparacaqlar. Ən yaxşı nəticə göstərənlər isə Azərbaycanın paytaxtı Bakıda keçiriləcək 2019 Avropa Gənclər Yay Olimpiya Festivalında ölkələrini təmsil edəcəklər.