XV Avropa Gənclər Olimpiya Festivalına 25 gün qalıb

XV Avropa Gənclər Olimpiya Festivalına 25 gün qalıb


Dənizkənarı Milli Parkda "Bakı-2019” XV Avropa Gənclər Olimpiya Festivalının başlamağına 25 gün qalması münasibətilə fitness sessiya təşkil edilib.
Festivalda ən aktiv iştirakçılara AGOF Bakı-2019-un rəsmi tərəfdaş və dəstəkçiləri tərəfindən xüsusi hədiyyələr təqdim olunub.
Tədbirin əsas məqsədi əhalinin festival haqqında məlumatını artırmaq, eləcə də gəncləri idmana və sağlam həyat tərzinə dəvət etməkdir. Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalı könüllülərinin ulduz səfirləri də tədbir zamanı hamını yarışlara dəvət edib və yarış iştirakçılarına azarkeşlik ediblər.
Paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanan tədbir Dj-lərin musiqisi ilə davam edib.
Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.