Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinə start verilib.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da iştirak etdiyi nüfuzlu yarışın birinci turuna yekun vurulub. Təmsilçimiz ilk görüşdə rusiyalı Sergey Karyakin ilə heç-heçə edib. İyunun 27-də keçirilən növbəti qarşılaşmada şahmatçımız amerikalı Hikaru Nakamura ilə qarşılaşacaq.
Birinci turda amerikalı şahmatçılar Fabiano Karuana Hikaru Nakamuranı məğlub edib. Digər amerikalı şahmatçı Vesli So isə çinli Dinq Lirenə qalib gəlib. Hollandiyalı Aniş Giri norveçli Maqnus Karlsen, hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand rusiyalı Yan Nepomnyaşiyə məğlub olublar. Fransalı Maksim Vaşe-Laqrav ermənistanlı Levon Aronyanla heç-heçə oynayıb.