FİDE-nin Prezident Şurasının iclası öz işinə başlayıb

FİDE-nin Prezident Şurasının iclası öz işinə başlayıb


Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası öz işinə başlayıb. Bakının "Hilton” hotelində keçirilən tədbirdə FİDE-nin prezidenti Arkadi Dvorkoviç, FİDE-nin və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, AŞF-in prezidenti Elman Rüstəmov və digər rəsmiləri iştirak edirlər.
İki gün davam edəcək iclasda bir sıra vacib məsələlər müzakirə ediləcək. Prezident Şurasında həmçinin federasiyaların üzvlük haqlarının azaldılması məsələsinə baxılacaq. FİDE Prezident Şurasının sonunda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.