Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə Belarusun rəsmi dövlət telekanalı olan ONT-yə məxsusi müsahibə verib.
Ç.Hüseynzadə müsahibəsində Azərbaycanın Olimpiya komandasının Minsk-2019-a yüksək hazırlığından, ikinci Avropa Oyunlarının önəmindən və yerli əhalinin qonaqpərvərliyindən bəhs edib. MOK-un vitse-prezidenti üçüncü Avropa Oyunlarının ev sahibinin də müəyyən olunduğunu, növbəti Oyunların Polşanın Krakov şəhərində təşkil ediləcəyini bildirib. Ç.Hüseynzadə vətəni Azərbaycan olan Avropa Oyunlarının uzunömürlü olacağına əminliyini vurğulayıb.