Respublika Şahmat Mərkəzində ənənəvi "Bakı yayı” beynəlxalq şahmat festivalı davam edir.
Festival çərçivəsində keçirilən blits turnirinin qalib və mükafatçıları müəyyənləşib. Yarışın favoriti Ülvi Bacarani (Bakı) 9 xalla turnirin qalibi olub. Murad İbrahimli (Sumqayıt) 7 xalla ikinci, Şəhriyar İsgəndərov (Quba) 6,5 xalla üçüncü yeri tutublar.
Əlli bir şahmatçının qatıldığı festivalda zəka ustaları A (master), B (açıq), C (uşaq turniri U-12), D (rapid) turnirlərində mübarizə aparırlar. Festivala iyulun 10-da yekun vurulacaq.