Azərbaycanın dörd şahmatçısı Serbiyada start götürən "Open A” turnirində mübarizə aparır.
Təmsiçilərimiz Vüqar Əsədli və Nail Bəşirli ilk turda rəqiblərini məğlub edərək aktivlərinə bir xal yazdırıblar. Digər təmsilçilərimiz Abdulla Qədimbəyli və Mustafa Məmmədov isə birinci turda məğlub olublar.
Yarışda 32 ölkədən 166 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnirə iyulun 12-də yekun vurulacaq.