“Şahmat ulduzları” müəyyənləşdi

“Şahmat ulduzları” müəyyənləşdi


Vüqar Həşimov Şahmat Akademiyasında keçirilən "Şahmat ulduzları” festivalına yekun vurulub.
9 turdan ibarət turnirdə 7,5 xal toplayan İlham Namazov qalib adını qazanıb. Arif Babayev və Rəşad Məmmədov isə 7 xalla ikinci və üçüncü yerləri tutublar.
Altmış səkkiz şahmatçının mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilib.