Qrossmeysterimiz beynəlxalq turnirdə yarışacaq

Qrossmeysterimiz beynəlxalq turnirdə yarışacaq



İyulun 13-də Almaniyanın Dortmund şəhərində "Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turniri start götürəcək.
Turnirdə ölkəmizi Teymur Rəcəbov təmsil edəcək. Ondan başqa, Yan Nepomnyaşi (Rusiya), Lenyer Dominqes (ABŞ), Radoslav Voytaşek (Polşa), Riçard Rapport (Macarıstan), Liviu Dieter Nisipeanu, Daniel Fridman (hər ikisi Almaniya), Kaydo Kyulaots (Estoniya) da turnirdə mübarizə aparacaqlar.
Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.