Zəka sahibimiz Parisdə fərqləndi

Zəka sahibimiz Parisdə fərqləndi

Azərbaycan şahmatçısı Namiq Quliyev 75-ci açıq Paris çempionatında uğurla çıxış edib.
Təmsilçimiz 9 turdan 6 xal toplayaraq üçüncü yeri tutub.
Turnirin qalibi adını 8,5 xal toplayan fransalı Jül Mussar qazanıb.