Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan "Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin dördüncü turunun oyunları keçiriləcək.
Bu gün baş tutacaq dördüncü turda şahmatçımız Teymur Rəcəbovun rəqibi turnir cədvəlində liderliyi ələ keçirən Lenyer Dominqes (ABŞ) olacaq. Amerikalı şahmatçı üç turdan 2,5 xal toplayıb. T.Rəcəbov isə ondan 0,5 xal geri qalır.
Şahmatçımız üçüncü turda macarıstanlı Riçard Rapport ilə qarşılaşmada xalları yarı bölüb.
Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.