Bakı-2019-la bağlı avtobusla ilk daşımalara başlanılıb

Bakı-2019-la bağlı avtobusla ilk daşımalara başlanılıb

XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatları planına uyğun olaraq ilk daşımalara başlanılıb.
İyulun 19-u səhər saatlarında paytaxtımıza gələn İspan atletləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Atletlər kəndinə gətirilib.
Qeyd edək ki, qonaqların, atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 ədəd "Neoplan” avtobus və 38 ədəd miniavtobus (Mercedes Sprinter) cəlb edilib.