Almaniyanın Dortmund şəhərində keçirilən "Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinə yekun vurulub. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da iştirak etdiyi turnir dairəvi sistem üzrə təşkil olunub. Şahmatçımız son turda estoniyalı Kaydo Kyulaotsla oyununu heç-heçə başa vurub və cəmi 4 xal yığıb. Bu ona 2-5-ci yerləri bölüşdürməyə imkan verib.
Turnirin qalibi isə 4,5 xalla amerikalı Lenyer Dominqes olub.