Çində "Belt and Road 2019” şahmat festivalı keçirilir. Ölkəmizi festivalda təmsil edən milli komandamızın üzvü Arkadi Naydiç ilk turda iranlı Sarasadat Xademalşariehlə heç-heçə etsə də, ikinci turda çinli Yiping Louya qalib gəlib.
Turnirdə 73 şahmatçı mübarizə aparır ki, onlardan da 43-ü qrossmeysterdir. İsveçrə sistemi ilə keçirilən festival 9 turdan ibarətdir.