Azərbaycan şahmatçısı Namiq Quliyev İspaniyanın Siges şəhərində keçirilən açıq beynəlxalq turnirdə uğurla çıxış edib.
Doqquz turdan 7 xal toplayan şahmatçımız ikinci yeri tutub.
Turnirdə eyni xal toplayan rusiyalı Sergey Volkov əlavə göstəricilərə görə, birinci pillədə qərarlaşıb.