Parisdə "Grand Chess Tour 2019” seriyasının üçüncü mərhələsi çərçivəsində blitz turnirinin 5 turunun oyunları keçirilib.
Ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov birinci turda hollandiyalı Aniş Qiriyə məğlub olsa da, ikinci turda hindistanlı Vişvanatan Ananda qalib gəlib. Polşalı Kriştov Duda ilə keçirdiyi üçüncü tur da təmsilçimiz üçün məğlubiyyətlə bitib. Dördüncü turda Rusiya təmsilçisi Yan Nepomnyaşi üzərində qələbə qazanan Ş.Məmmədyarov növbəti turda digər rusiyalı şahmatçı Daniil Dubovla heç-heçə edib.
Qeyd edək ki, şahmatçımız bundan əvvəl turnirin üçüncü mərhələsi çərçivəsində təşkil edilən rapid yarışlarında 5 xal toplayıb. Avqustun 1-dək davam edəcək blitz turniri 18 turdan ibarətdir.