Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının və Bakının "Azərreyl” klubunun sabiq üzvü Nataliya Məmmədova karyerasını başa vurub. sonuncu mövsümü Qazaxıstanın "Altay” komandasında keçirən voleybolçu ölkə çempionu olub. N.Məmmədova, həmçinin Qazaxıstan kuboku yarışlarının da qalibi adını qazanıb. Mövsüm başa çatdıqdan sonra voleybolçu Qazaxıstan təmsilçisi ilə yollarını ayırıb.