Azərbaycanın 5 şahmatçısı Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində məğlubiyyətsiz irəliləyir. Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Yusif Kərimov, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Səadət Bəşirli və Dinarə Hüseynova maksimum xal toplayıblar.
Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.