Riqada Şimali Avropada ən nüfuzlu şahmat festivalı olan "RTU Open 2019” keçirilir.
Festivalda Azərbaycanı qrossmeyster Nicat Abbasov təmsil edir.
Avqustun 11-dək davam edəcək festival Riqa Texniki Universiteti və Latviya Şahmat Federasiyası tərəfindən təşkil olunub. Kipsala Sərgi Mərkəzində keçirilən yarışlarda həm peşəkar, həm də həvəskar şahmatçılar güclərini sınayırlar.
Yarışların mükafat fondu 26 min avrodur. Qaliblər avqustun 11-də baş tutacaq mükafatlandırma mərasimində təltif olunacaqlar.