Voleybolçumuz Rumıniya klubunda oynayacaq

Voleybolçumuz Rumıniya klubunda oynayacaq


Voleybol üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anastasiya Bessonova karyerasını Rumıniyada davam etdirəcək.
İyirmi yaşlı hücumçu ölkə çempionu Alba Blaj klubuna transfer olub.
Voleybolçumuz Blaj şəhərinin təmsilçisi ilə bir illik müqavilə imzalayıb. O, yeni komandasına Avropa çempionatı başa çatdıqdan sonra qoşulacaq.
Xatırladaq ki, Azərbaycan yığması avqustun 23-dən sentyabrın 8-dək Budapeştdə keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. C qrupunda yer alan voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya seçmələri ilə üz-üzə gələcəklər.