İyulun 10-da Azərbaycan Taekvondo Federasiyasının (ATF) icraçı vitse-prezidenti Nağı Səfərovun və Milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında milli komandamız dünya çempionatına yollanacaq. Federasiyadan olimpnews.az-a verilən xəbərə görə, Meksikanın Puebla şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək millimizin baş məşqçisi, əməkdar məşqci Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanovdur.
Qeyd edək ki, dünya çempionatında iştirak edəcək və 15 nəfərdən ibarət heyətə Mikayıl Əliyev (-54 kg), Maqomedyasin İbrahimov (-58 kg), Fariz Əliyev (-63 kg), Elvin Məmmədov (-68 kg), İlkin Şahbazov (-74 kg), Ramin Əzizov (-80 kg), Radik İsayev (-87 kg) və Ceyhun Həsənlini (+87 kg) daxil edilib.
Qadinlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev isə heyətə Türkanə Tahirli (-46 kg), Patimat Abakarova (-49 kg), Səbinə Mikayılova (-53 kg), Günay Ağakişiyeva (-57 kg), Darya Qorbaçeva (-62 kg), Fəridə Əzizova (-67 kg), Marina Tedeevanı (73 kg) daxil edib.
Milli komanda iyulun 25-də vətənə qayıdacaq.