Kapraranın komandası məqsədə çatdı

Kapraranın komandası məqsədə çatdı

Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir. C qrupunda yer alan Azərbaycan millisi 3-cü turda ev sahibi Macarıstanla qarşılaşıb. Covanni Kapraranın komandası qrupda ilk "4-lüy"ə düşmək üçün mütləq qalib gəlməli idi ki, bunu da bacarıb. Yığmamız 3:0 hesablı qələbə qazanıb. C qrupunun digər matçında Hollandiya ilə Xorvatiya üz-üzə gəlib. Hollandlar bu görüşdə də qalib gəlməklə (3:0) birinci pillədəki mövqelərini gücləndiriblər.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Avropa çempionatı

C qrupu, III tur

Macarıstan - Azərbaycan - 0:3 (21:25, 15:25, 22:25)
Budapeşt. Lasso Pappa adına İdman Arenası