Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək güləş üzrə dünya çempionatına az vaxt qalır. Komandalarımız mundiala hazırlığın son mərhələsinə qədəm qoyurlar.
Avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verən sərbəst güləş üzrə yığmamız orada olduğu müddətdə əsasən ümumi fiziki hazırlıq və taktiki-texniki çalışmalar üzərində işləyib.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında hazırlıq keçən millimizin sonuncu təlim-məşq toplanışı Bakıda baş tutacaq. Komandamız sentyabrın 1-dən 16-dək Olimpiya Güləş Mərkəzində dünya çempionatının son hazırlığını keçib Qazaxıstana yola düşəcək.