Milli Olimpiya Komitəsinin rəsmiləri forumda iştirak edir

Milli Olimpiya Komitəsinin rəsmiləri forumda iştirak edir


Sentyabrın 1-də Qırğızıstanın Çolpon-Ata şəhərində MDB, Baltikyanı ölkələrin və Gürcüstanın Milli Olimpiya komitələrinin forumu öz işinə başlayıb.
Foruma adıçəkilən Milli Olimpiya komitələrinin prezidentləri, vitse-prezidentləri və digər üzvləri qatılıblar. Azərbaycanı tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibinin müavini Azər Əliyev təmsil edirlər.
Azərbaycanın Milli Olimpiya Komitəsindən «Olimpiya dünyası»na bildiriblər ki, 12 ölkənin Milli Olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti sentyabrın 4-dək birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Forum Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilir.