Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.
Yarışın birinci günündə qrup mərhələsinin görüşləri təşkil olunub. Güləşçimiz Oyan Nəzəriani (90 kq-dan yuxarı) Serbiya təmsilçiləri - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
İkinci yarış günündə - sentyabrın 8-də həlledici mərhələnin qarşılaşmaları keçirilib. Təmsilçimiz yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.