Şahmat birinciliyinin qalibləri mükafatlandırılıblar

Şahmat birinciliyinin qalibləri mükafatlandırılıblar

Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən Uşaq Gənclər İdman Şahmat Məktəbində 15 sentyabr - Bilik Günü münasibətilə şahmat üzrə rayon birinciliyi keçirilib.
Beynəlxalq şahmat qaydaları əsasında 5 yaş qrupu üzrə keçirilən rayon birinciliyində 74 zəka sahibi iştirak edib.
Tədbirdə çıxış edən Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov ölkəmizdə şahmatın inkişafı istiqamətində görülən işlərdən danışıb.
Qeyd edib ki, şahmat düşüncə tərzinin inkişafına, çevik qərar qəbul etmə, mürəkkəb şəraitdə taktika seçmək kimi vərdişlərin inkişafına təkan verir.
Rayon birinciliyinin qalibləri Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.