Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Qətər Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri şeyx Hoan bin Həməd bin Xəlifə Əl Tani ilə görüşüb.
T.Bax və MOK-un prezidenti ölkədə idman və Olimpiya Hərəkatının inkişafı, bu sahədə görülən işlər, eləcə də Qətər Fondunun qaçqınların Olimpiya yığmasına maliyyə dəstəyi ilə bağlı müzakirələr aparıblar.
Qeyd edək ki, qaçqın idmançılar Olimpiya Oyunlarında BOK prezidentinin təşəbbüsü ilə ilk dəfə Rio-2016-da iştirak ediblər.