Zəka sahiblərimizin rəqibi müəyyənləşdi

Zəka sahiblərimizin rəqibi müəyyənləşdi


Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə "FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunda şahmatçılarımızın rəqibləri müəyyənləşib.
Növbəti turda Rauf Məmmədov ukraynalı Anton Korobov, Nicat Abbasov xorvatiyalı İvan Sariç, Eltac Səfərli amerikalı Samuel Sevian, Vasif Durarbəyli fransalı Marie Sebagla qarşılaşacaqlar.
Qeyd edək ki, yeddinci turun qarşılaşmaları oktyabrın 17-də keçiriləcək. Bu gün turnirdə istirahət günüdür.
Altı turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3,5 xal qazanıblar. E.Səfərlinin 3, V.Durarbəylinin isə 2 xalı var. Turnir cədvəlinə 5 xalla çinli Hao Yanq və amerikalı Fabiano Karuana liderlik edirlər. Hazırkı dünya çempionu Maqnus Karlsen 4,5 xalla 3-9-cu yerləri bölüşür.
İddiaçılar turnirinə vəsiqə qazandıracaq turnir oktyabrın 21-də yekunlaşacaq.