Oktyabrın 17-də Qətərin paytaxtı Doha şəhərində Milli Olimpiya Komitələrinin Assosiasiyasının (MOKA) Baş Assambleyası fəaliyyətə başlayıb.
Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və Marketinq idarəsinin rəisi Mehman Kərimov iştirak edirlər. Assambleya çərçivəsində MOKA-nın Audit və Maliyyə, Marketinq, Atletlər, Beynəlxalq Əlaqələr, və Tibbi Komissiyalarının iclasları keçirilib. Komissiya nümayəndələrinin məruzələri dinlənilib. Gənclər Komissiyasının və Milli Olimpiya Komitələrinin Assosiyasiyasının İcraiyyə Şurasının iclası gündəlikdə olan məsələlər sırasındadır. Assambleyanın yekunu olaraq, Olimpiya Həmrəyliyi Komissiyasının iclası nəzərdə tutulub.
Qeyd edək ki, oktyabr 12-16-də ilk Dünya Çimərlik Oyunlarına ev sahibliyi edib. Azərbaycanı oyunlarda 7 idmançı təmsil edib. 4 gümüş və 1 bürünc medal qazanan komandamızın heyətində Rostislav Pevtsov (aquatlon - bürünc); Ksenia Levkovskaya (aquatlon - gümüş), aquatlon qarışıq komandası (gümüş), Pənah İlyaslı (güləş - gümüş), İbrahim Yusubov (güləş - gümüş) fərqləniblər.