Belausun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarının ən yaxşı idmançılarının adları müəyyənləşib. Qadınlar arasında ən yaxşı idmançı adına Dina Averina layiq görülüb. Rusiyalı gimnasta bu titulu, Milli Olimpiya Komitələri Birliyi təqdim edib. D.Averina yarışlarda bədii gimnastika üzrə üç qızıl (halqa və lentlə hərəkətlər və çoxnövçülük), gümüş və bürünc (gürzlərlə və topla hərəkətlər) medal qazanıb.
Kişilər arasında isə bu ada, yarışlarda kamandan oxatma növü üzrə mübarizə aparan, italiyalı Mauro Nespoli layiq görülüb.