Yığma komandamız Batumidə

Yığma komandamız Batumidə

Batumidə şahmat üzrə komandalararası Avropa çempionatında şahmatçılarımız mübarizəyə başlayırlar. Kişilərin yarışında ölkəmizi Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov, qadınlar arasında Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova təmsil edirlər. Kişilərdən ibarət komandamız Serbiya, qadın yığmamız isə Latviya şahmatçıları ilə mübarizə aparacaqlar. Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan milli komandası 3 dəfə Avropa çempionu olub. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.