Gürcüstanda voleybol üzrə EEVZA-nın çempionatı keçiriləcək

Gürcüstanda voleybol üzrə EEVZA-nın çempionatı keçiriləcək


Noyabrın 23-28-də Tbilisidə voleybol üzrə 16 yaşlı qızlar arasında Şərqi Avropa Zona Assosiasiyasının (EEVZA ) çempionatı keçiriləcək.
Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak edəcəyi Azərbaycan komandası da mübarizə aparacq. Voleybolçu qızlarımız A qrupunda güclərini sınayacaqlar.
Yarışa hazırlıq üçün məşqlər 18 nəfərlik heyətlə davam edir. EEVZA çempionatında çıxış edəcək millimizin baş məşqçisi gənc və təcrübəli Emin Əbilov təyin edilib.